Ötən gecə Ukraynaya raket və İran PUA-ları ilə zərbələr endirilib

Ötən gecə Ukraynaya raket və İran PUA-ları ilə zərbələr endirilib
# 18 may 2023 11:54 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukrayna ərazisinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Məlumatda deyilir ki, dünən saat 21:00-dan etibarən bu gün səhər 05:30-a qədər Rusiya ordusu bir neçə dəfə hava zərbələri endirib və ümumilikdə 30 qanadlı raket atılıb.

Ukrayna Silahlı Qüvvələri tərəfindən 29 qanadlı raket və 4 PUA məhv edilib, onların arasında ikisi “Shahed” 136/131 zərbə PUA-sı, digər ikisi isə kəşfiyyat dronu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR