İspaniyanın Baş naziri Pedro Sançez mətbuatda onun NATO Baş katibi postuna namizədliyi ilə bağlı yayılan məlumatları təkzib edib.
APA xəbər verir ki, Baş nazir mətbuat konfransında bu barədə danışıb.
"Bu, bu həftələr ərzində yayılan daha bir saxta xəbərdir", - Sançez bildirib.
Qeyd edək ki, mayın sonunda "20minutos" qəzeti yazıb ki, NATO alyansın baş katibi Yens Stoltenberqin varisini müəyyən etmək üçün İspaniyada iyulun 23-nə planlaşdırılan erkən seçkilərin nəticələrini gözləyir.