Polşa hökuməti Almaniyaya reparasiyaya dair nota təqdim etmək istəyir

Polşa hökuməti Almaniyaya reparasiyaya dair nota təqdim etmək istəyir
# 04 sentyabr 2022 01:47 (UTC +04:00)

Polşa hökuməti Almaniyaya İkinci Dünya Müharibəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə nota təqdim etmək istəyir.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

“Biz Almaniyaya diplomatik nota verərək onları danışıqlara başlamağa çağıracağıq” deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, Polşa hökuməti İkinci Dünya müharibəsində ölkəyə 6 220 609 000 000 zlotı (təxminən 1,5 trilyon USD) ziyan dəydiyini iddia edir.

Almaniya tərəfi isə dəfələrlə Polşanın 1953-cü ildə reparasiyadan imtina etdiyini əsas gətirərək məsələnin bağlandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR