Polşa MN: Hərbi qüvvələr yüksək hazırlıq vəziyyətindədir

Polşanın müdafiə naziri Mariuş Blaşzak

© APA | Polşanın müdafiə naziri Mariuş Blaşzak

# 16 noyabr 2022 14:34 (UTC +04:00)

Polşa hərbi qüvvələri yüksək hazırlıq vəziyyətindədir.

APA xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşzak "Twitter"də bildirib.

"Hava hücumundan müdafiə sistemləri və seçilmiş hərbi hissələr, həm quru qoşunları, həm də donanma yüksək hazırlıq vəziyyətindədir. Polşa ordusu vəziyyəti izləyir. Biz müttəfiqlərimizlə daim əlaqə saxlayırıq", - müdafiə naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR