Polşa Türkiyəyə 52 nəfərlik tibbi heyət göndərir

Polşa Türkiyəyə 52 nəfərlik tibbi heyət göndərir
# 08 fevral 2023 12:51 (UTC +04:00)

Polşa zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım etmək üçün növbəti heyət göndərir.

APA xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşzak "Twitter"də bildirib.

"Polşa ordusu zəlzələnin fəsadları ilə mübarizədə Türkiyəyə kömək edəcək. Bu gün biz Vroslavdakı Hərbi Səhra Hospitalından həkimlər, tibb bacıları və feldşerlər də daxil olmaqla, ümumilikdə 52 nəfərdən ibarət tibbi heyəti Türkiyəyə göndəririk", - nazir bildirib.

Onun sözlərinə görə, avadanlıqla təchiz olunmuş mobil yardım məntəqəsi də göndəriləcək.

Qeyd edək ki, artıq Polşa Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR