Polşa XİN başçısı: “İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi aylar çəkə bilər"

Polşa XİN başçısı: “İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi aylar çəkə bilər"
# 27 may 2022 13:35 (UTC +04:00)

İsveç və Finlandiyanın NATO-ya daxil olması təşkilatın güclənməsi üçün şərtdir. Onların bu təşkilata qatılmaqlarını müsbət məqam sayıram.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Zbiqnev Rau İstanbulda türkiyəli və rumıniyalı həmkarları ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bunu Avropanın təhlükəsizliyi tələb edir, amma bu addım Türkiyə də daxil olmaqla, NATO müttəfiqlərinin xeyrinə olmalıdır.

Onun sözlərinə görə, bu iki ölkənin NATO-ya üzvlük prosesi aylarla davam edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR