Qaribaşvili Dünya İqtisadi Forumunda çıxış edəcək

Qaribaşvili Dünya İqtisadi Forumunda çıxış edəcək
# 16 yanvar 2023 14:16 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrkali Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrəyə yola düşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.

Bildirilib ki, Baş nazir səfər çərçivəsində dünya liderləri və böyük beynəlxalq şirkətlərin nümayəndələri ilə ikitərəfli, yüksək səviyyəli görüşlər keçirəcək.

Qaribaşvilinin forum çərçivəsində baş tutacaq panel müzakirələrində çıxış edəcəyi də bildirilib.

Bildirilib ki, Gürcüstan nümayəndə heyətinə Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili və digər hökumət rəsmiləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR