Qaribaşvili: “Gürcüstan regional dialoqa vasitəçilik etməyə hazırdır”

Qaribaşvili: “Gürcüstan regional dialoqa vasitəçilik etməyə hazırdır”
# 04 may 2022 16:31 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər regiondakı təhlükəsizlik məsələlərinə dair müzakirələr də aparıblar.

Görüşdə Cənubi Qafqaz regionunda sülh və sabitliyə təşviqin önəmi vurğulanıb.

Söhbət zamanı İrakli Qaribaşvilinin üç ölkə arasında dialoq formatının təsis edilməsi və ortaq maraq doğuran sahələrdə əməkdaşlığı nəzərdə tutan “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü”nə də diqqət yönəldilib.

Qeyd olunub ki, Gürcüstan hər zamanı Cənubi Qafqazda sülhün, əməkdaşlığın və birgəyaşayışın tərəfdarı olub və regional dialoqa vasitəçilik etməyə hazırdır.

Ermənistanın müdafiə naziri Suren Papikyan Tbilisidə gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə də görüşüb.

Təkbətək görüş zamanı tərəflər müdafiə sahəsində cari və gələcək əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Məlumatda qeyd olunub ki, tərəflər regionda sülh və sabitliyin önəmini vurğulayıblar.

Görüşdən sonra nazirlər iki ölkə arasında 2022-ci il üçün əməkdaşlıq planı imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR