Reznikov: “NATO-ya inteqrasiya Ukraynanın dəyişməz kursudur”

Reznikov: “NATO-ya inteqrasiya Ukraynanın dəyişməz kursudur”
# 17 iyun 2022 13:51 (UTC +04:00)

NATO-ya inteqrasiya Ukraynanın dəyişməz kursudur və bu, NATO-nun strategiyasında qeyd edilməlidir.

APA Ukranews.com-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Facebook”da yazıb.

O, Ukraynanın Avropanın etibarlı qalxanı ola biləcəyini sübut etdiyini əlavə edib.

“Avropaya və Avroatlantik inteqrasiya Ukraynanın dəyişməz kursu olaraq qalır. Biz bu istiqaməti iyunun sonlarında Madriddə təsdiqlənəcək NATO-nun Strateji Konsepsiyasında qeyd etmək istəyirik”, - Reznikov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR