Roma Papası “Azovstal”da olan iki hərbçinin xanımları ilə görüşüb

Roma Papası “Azovstal”da olan iki hərbçinin xanımları ilə görüşüb
# 11 may 2022 17:55 (UTC +04:00)

Roma Papası Fransisk Mariupolda mühasirəyə alınmış "Azovstal" polad zavodundakı iki hərbçinin xanımları ilə görüşüb.

APA CNN-ə istinadən xəbər verir ki, Yuliya Fedosyuk və Katerina Prokopenko Vatikanda Papa Fransisklə görüşüblər.

Hər ikisi bildiriblər ki, onların həyat yoldaşları "Azov" alayının əsgərləridir və hazırda polad zavodunun içərisindədirlər və onu Rusiyanın hücumlarından müdafiə edirlər.

Onlar Romadakı Ukrayna səfiri vasitəsilə Papaya məktub yazdıqlarını və Papanın həftəlik ümumi auditoriyası üçün dəvət alanda təəccübləndiklərini qeyd ediblər.

“Papaya həyat yoldaşlarımızdan, yaralanan əsgərlərdən, dəfn oluna bilməyən ölülərdən danışdıq. Biz ondan kömək istədik, bu müharibədə üçüncü tərəf olmasını istədik və humanitar dəhlizin təmin olunmasında bizə kömək etməyi xahiş etdik”, - Yuliya Fedosiuk deyib.

Ukraynalı qadınlar Roma Papasını zavodun içindəki çıxılmaz və qeyri-sağlam şərait barədə də məlumatlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR