Rusiya ordusu bu gecə Dnepropetrovsk vilayətinin Nikopol və Krivoy Roq rayonlarına hücum edib

Rusiya ordusu bu gecə Dnepropetrovsk vilayətinin Nikopol və Krivoy Roq rayonlarına hücum edib
# 02 oktyabr 2022 10:41 (UTC +04:00)

Rusiya ordusu bütün gecəni Dnepropetrovsk vilayətinin Nikopol və Krivoy Roq rayonlarına hücum ediblər.

APA bildirir ki, bu barədə vilayətin Regional Dövlət Administrasiyasının sədri Valentin Rezniçenko telegramda yazıb.

“Dron-kamikadze, Qasırğa, Qrad və ağır artilleriya... Bu silahla gecə boyu iki rayona - Nikopol və Krivorojskiyə hücum edilib”, - deyə o bildirib.

Bildilir ki, Nikopolun özündə fərdi evlər, yardımçı tikililər və elektrik xətləri zədələnib.

Ölən və ya yaralanan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR