Rusiya ordusu Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromu vurub

Rusiya ordusu Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromu vurub
# 16 avqust 2022 22:28 (UTC +04:00)

Rusiya ordusu “Su-34” qırıcı-bombardmançılarından Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromuna raket hücumu həyata keçirib.

APA xəbər verir ki, bu barədə Mərkəzi Hava Komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.

“Bu gün, avqustun 16-da günortadan sonra Rusiya qırıcıları Belarus ərazisindən havaya təyyarələr qaldırıb. “Su-34” qırıcısında olan iki “X-59” idarəolunan raketlə hücum həyata keçiriblər” deyə məlumatda bildirilir.

Zərbə nəticəsində uçuş-enmə zolağı və bir neçə maşın zədələnib.

Komandanlıq qeyd edib ki, şəxsi heyət sığınacaqda olduğundan xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR