Rusiya səfiri Kral III Çarlza başsağlığı verib

Andrey Kelin

© APA | Andrey Kelin

# 09 sentyabr 2022 18:12 (UTC +04:00)

Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Kral III Çarlza başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Rusiyanın Britaniyadakı səfirliyi məlumat yayıb.

Rusiya səfiri bildirib ki, Britaniya Kraliçası milyonlarla britaniyalı və dünyadakı insanlar üçün nümunə və ilham mənbəyi olub, o, lütf, insanlıq və dözümlülüklə yanaşı, ləyaqəti təcəssüm etdirib.

"Biz Ülyahəzrətin 1994-cü ildə Moskva və Sankt-Peterburqa səfərini, eləcə də həmin dövrdə onun və kral ailəsinin Böyük Britaniya ilə Rusiya Federasiyası arasında əlaqələrin qurulmasında və möhkəmləndirilməsində oynadığı rolu böyük hörmətlə xatırlayırıq. Bu, ölkələrimiz arasında gələcək münasibətlər üçün zəmin yaratmağa kömək edən əlamətdar hadisə idi. Bunu nəzərə alaraq, Kraliçanın vəfatı ilə əlaqədar Kral ailəsinə və Britaniya xalqına ən dərin və səmimi başsağlığımı çatdırmaq istəyirəm. Bu günlər hamı üçün kədərli və hüznlüdür", - rusiyalı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR