Rusiya Xəzər dənizindən Ukraynaya 35 qanadlı raket atıb

Rusiya Xəzər dənizindən Ukraynaya 35 qanadlı raket atıb
# 06 iyun 2023 09:17 (UTC +04:00)

Rusiya iyunun 6-da gecə 00:30-dən 04:00-dək Ukraynaya X-101/X-555 qanadlı raketləri ilə hücum edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, raketlər Xəzər dənizi üzərində uçan 6 strateji bombardmançı Tu-95m təyyarəsindən buraxılıb.

Qeyd olunub ki, təyyarələrdən buraxılan 35 qanadlı raketin hamısı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Raketlərin əksəriyyətinin paytaxt Kiyev istiqamətində atıldığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR