Gürcüstanın müxalif “Rustavi 2” telekanalının keçmiş baş direktoru Nika Gvaramia yeni telekanalın əsasını qoyub.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə N.Qvaramia özünün sosial şəbəkə hesabında məlumat verib.
Telekanalın ictimai reyestr sənədini dərc edən sabiq baş direktor bildirib ki, yeni televiziya şirkətinin 51%-i özünə, 49%-i Kaxaber Anjaparidzeyə məxsusdur. Sənədə görə, kanalın baş direktoru Nika Qvaramia, maliyyə direktoru İrakli Nizharadze, direktorları Dimitri Sadzaqlishvili və Tamta Muradashvilidir: “Beləliklə, "Kanal 1" yaradıldı. Mən nəzarət səhminin sahibi və rəhbəriyəm. Tezliklə sərmayəçilər, bina və tezlik haqqında məlumat alacaqsınız".