Saakaşvili çəkisinin 40%-ə yaxınını itirib

Saakaşvili çəkisinin 40%-ə yaxınını itirib
# 30 yanvar 2023 14:40 (UTC +04:00)

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bədən çəkisinin 39,3%-ni itirib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında endokrinoloq Lali Cavaşvili bildirib.

O, Mixeil Saakaşvilinin səhhətində kliniki kaçexia və malabsorbsiya yarandığını və intensiv şəkildə çəki itirdiyini qeyd edib.

Həkim Saakaşvilinin durumunun ciddi olduğunu və onda digər simptomların da yarandığını bildirib.

Lali Cavaşvilinin sözlərinə görə, Mixeil Saakaşvilinin çəkisi 45 kiloqram azalaraq 115 kiloqramdan 69 kiloqrama düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR