Saakaşvili müalicə üçün klinikaya köçürülüb - FOTO - YENİLƏNİB

Saakaşvili müalicə üçün klinikaya köçürülüb - FOTO  - YENİLƏNİB
# 12 may 2022 10:52 (UTC +04:00)

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili saxlanıldığı 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən müalicə alması üçün Tbilisidəki “Vivamedi” klinikasına köçürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə klinika məlumat yayıb.

Bildirilib ki, Mixeil Saakaşvilinin köçürülməsi ilə əlaqədar klinikada təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Mixeil Saakaşvilinin yerləşdiriləcəyi palatanın hazır olduğu bildirilib.

Qeyd edək ki, ötən il sentyabrın sonlarında Ukraynadan gizli yollarla Gürcüstana qayıtmış sabiq Prezident Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Həbs edildikdən sonra aclıq aksiyasına başlayan Mixeil Saakaşvilinin səhhətində ciddi problemlərin yarandığı bildirilir. Bir neçə gün öncə Gürcüstanın İnsan Haqları Müvəkkilinin (Ombudsman) nəzarəti altında yaradılmış həkimlər şurası da sabiq Prezidentin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb.

***

10:21

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili müalicə alması üçün həbsxanadan klinikaya köçürülür.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, sabiq Prezidentin 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən “Vivamedi” klinikasına köçürülməsinə başlanılıb.

Xəbərə görə, sabiq Prezidentin olduğu ehtimal edilən penitensiar avtomobillər bir neçə dəqiqə öncə həbsxanadan yola düşüblər.

Eyni zamanda, Mixeil Saakaşvilinin yerləşdiriləcəyi “Vivamedi” klinikasının girişi sarı lentlə əhatəyə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR