Şarl Mişel Avropa Parlamentinin iclasına qatılmayacaq

Şarl Mişel

© APA | Şarl Mişel

# 19 yanvar 2022 13:31 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel COVID-19-a yoluxma şübhəsi ilə əlaqədar Avropa Parlamentinin iclasına qatılmayacaq.

APA-nın xəbərinə görə, Aİ Şurasının Prezidenti bu barədə "Twitter"də bildirib.

“Mənə məlumat verildi ki, COVID-19 testinin nəticəsi müsbət çıxmış şəxslə yaxın təmasda olmuşam. Bu səbəbdən mən bu gün Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar iclasında iştirak etməyəcəyəm”, - Şarl Mişel qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR