Şarl Mişel Moldovanın Baş naziri ilə görüşüb

Şarl Mişel Moldovanın Baş naziri ilə görüşüb
# 07 fevral 2023 02:35 (UTC +04:00)

Avaropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi üçün Aİ-Moldova münasibətlərində yeni mərhələ başlayıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter" hesabında paylaşım edib.

Qeyd olunub ki, bu çərçivədə Moldovanın Baş naziri Nataliya Qavrilitsa ilə görüş baş tutub.

"Moldovanın Aİ-yə üzv olmaq üçün islahatlar aparması əzmini alqışladım. İyun ayında Kişinyovda keçiriləcək Aİ sammitinin iclasını səbirsizliklə gözləyirik", - deyə şarl Mişel bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR