Şarl Mişel: "Niyyətimiz Ukrayna və Moldovaya Aİ-də namizəd statusu verməkdir"

Şarl Mişel: "Niyyətimiz Ukrayna və Moldovaya Aİ-də namizəd statusu verməkdir"
# 20 iyun 2022 22:16 (UTC +04:00)

Niyyətimiz Ukrayna və Moldovaya Avropa İttifaqında (Aİ) namizəd statusu verməkdir.

APA xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Onun sözlərinə görə, bu ölkələr Avropa yolunda bəzi şərtləri yerinə yetirməli olacaq.

Bu xüsusən də qanunun aliliyi və korrupsiya ilə bağlıdır.

"Ukrayna xalqı azadlıq, demokratiya və Avropanı gələcək kimi seçib. İndi onlar bunun üçün savaşırlar. Biz də onların yanındayıq. Avropada yenidən başlayan müharibə ilə biz sadəcə Aİ-nin deyil, həm də digər avropalı partnyorlarımızın təhlükəsizlik və stabilliyini pozuruq”,- deyə Şarl Mişel bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR