Şarl Mişel Paşinyanla regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Şarl Mişel Paşinyanla regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB
# 19 noyabr 2022 19:56 (UTC +04:00)

“Ermənistan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşdüm”.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter”də paylaşıb.

O Aİ-nin regiona sülh, firavanlıq və sabitlik gətirmək üçün böyük sərmayələr yatırmağa davam etdiyini qeyd edib.

***

17:50

Ermənistan Baş naziri Nikol Paşinyan Tunisdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində baş tutub. Danışıqlar zamanı tərəflər Azərbaycan-Ermənistan nizamlanmasını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR