Şarl Mişel və Ərdoğan Ukraynanı müzakirə edib

Şarl Mişel və Ərdoğan

© APA | Şarl Mişel və Ərdoğan

# 29 iyun 2022 17:17 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə görüşüb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter"də bildirib.

“Madriddə mən Prezident Ərdoğanla Türkiyənin BMT-nin və Baş katib Antonio Quterreşin Ukraynadan taxıl ixracına qarşı blokadanın aradan qaldırılması səylərinə göstərdiyi dəstəyi müzakirə etdim. Rusiyanın hərbi təcavüzü və suveren bir xalqa qarşı işğalı qəbuledilməzdir”, - o vurğulayıb.

Prezident Mişel deyib ki, o, Türkiyə Prezidenti ilə Şərqi Aralıq dənizindəki son hadisələrlə bağlı vəziyyəti də müzakirə edib və bu gərginlikdən narahatlığını ifadə edib:

“Fikir ayrılıqları yalnız sülh yolu ilə və gərginliyi azaltmaqla həll edilə bilər. Kommunikasiya kanallarını açıq saxlamaq çox vacibdir”.

Qeyd edək ki, görüş Madriddə keçirilən NATO Sammiti çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR