Selçuk Bayraktar Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının anonsunu edib

Selçuk Bayraktar

© APA | Selçuk Bayraktar

# 01 yanvar 2022 18:33 (UTC +04:00)

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Türkiyədə və Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib.

APA-nin Türkiyə bürosu xəbər verir ki, sözügedən paylaşımı S. Bayraktar Twitter hesabında edib.

Qeyd edək ki, TEXNOFEST, Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın ortaqlığı ilə təşkil edilən Türkiyənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalıdır.

Sonuncu dəfə 21-26 sentyabr 2021-ci il tarixlərində Atatürk Hava Limanında dördüncü dəfə təşkil edilən TEXNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində Türkiyənin 81 vilayətindən və 111 ölkədən 44.912 komanda və 200.000 nəfər yarışlara müraciət etmişdi.

Tural Əsəd

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR