Sloveniya prezidenti: Rusiya-Ukrayna münaqişəsi uzansa gərginlik Balkanlara çata bilər

Borut Pahor

© APA | Borut Pahor

# 10 avqust 2022 20:48 (UTC +04:00)

Rusiya-Ukrayna münaqişəsi gözlənildiyindən daha uzun sürərsə, gərginlik Qərbi Balkanlara da çata bilər.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Sloveniya Prezidenti Borut Pahor türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib, Sloveniya Türkiyənin Rusiya və Ukrayna arasında oynadığı vasitəçilik rolunu təqdir edir. B.Pahor əlavə edib ki, region sülh, sabitlik və əməkdaşlığa layiqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR