Sloveniyada zavodda partlayış olub, yaralılar var

Sloveniyada zavodda partlayış olub, yaralılar var
# 12 may 2022 13:54 (UTC +04:00)

Sloveniyada kimya zavodunda partlayış olub, yaralılar var.

APA "Washington Post"a istinadən xəbər verir ki, Sloveniyanın cənub-şərqində Kocevje şəhərində kimya zavodunda baş verən partlayış və yanğın nəticəsində ən azı 20 nəfər xəsarət alıb.

Ərazi yaxınlığında yaşayan vətəndaşlara evlərində qalmaq barədə xəbərdarlıq olunub.

Bildirilib ki, partlayış nəticəsində iki nəfər ağır yanıq xəsarətləri alıb və onlar paytaxt xəstəxanasına göndəriliblər. Partlayış nəticəsində iki nəfər itkin düşüb. Melamin zavodunun 200 nəfər işçisi olduğu bildirilib.

Yerli sakinlər isə deyiblər ki, partlayış nəticəsində silkələnmə geniş ərazidə hiss olunub. 8 000 əhalisi olan şəhər paytaxt Lyublyananın 55 kilometr cənub-şərqində yerləşir.

Partlayışın səbəbi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR