Şolts: Almaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün intensiv işləyir

Şolts: Almaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün intensiv işləyir
# 15 mart 2023 18:07 (UTC +04:00)

"Almaniya İsveç və Finlandiyanın tez zamanda NATO-ya üzv olması üçün intensiv şəkildə işləyir".

APA "Expressen"ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts İsveç Baş naziri Ulf Kristerssonla Berlində mətbuat qarşısında çıxışı zamanı deyib.

İsveç Baş naziri isə bildirib ki, bütün NATO üzvləri öz qərarlarını verirlər və İsveç buna hörmət edir: "Təbii ki, Türkiyə seçkilərindən sonra tezliklə ratifikasiyaya ümid edirik. Bütün NATO müttəfiqlərindən aldığımız dəstək, o cümlədən təhlükəsizlik zəmanətləri ilə özümüzü təhlükəsiz hiss edirik".

Olaf Şolts isə deyib ki, Almaniya prosesi dəstəkləmək və sürətləndirmək üçün əlindən gələni edir. "Biz əminik ki, bu tezliklə tamamlanacaq və İsveç NATO-ya üzv olacaq. Bu iki Skandinaviya ölkəsinin NATO-ya üzvlüyü bütün Avropanın təhlükəsizliyi üçün böyük qazanc deməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR