Şolts: "Rusiya Ukraynanı sülhə məcbur etsə, sanksiyalar ləğv olunmayacaq”

Şolts: "Rusiya Ukraynanı sülhə məcbur etsə, sanksiyalar ləğv olunmayacaq”
# 30 iyun 2022 17:24 (UTC +04:00)

Əgər Kiyev məcburi şərtlərlə Rusiya ilə sülh bağlayarsa, Qərb ölkələri Rusiyaya tətbiq olunan sanksiyaları ləğv etməyəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu sözlərlə NATO Sammitinin yekununda təşkil olunan mətbuat konfransında Almaniya Kansleri Olaf Şolts çıxış edib. “Biz nə qədər lazım gəlsə, o qədər də Ukraynanı dəstəkləməyə davam edəcəyik. Amma iş məcburi şərtlərlə sülh imzalanmasına çatarsa, sanksiyalar da ləğv edilməyəcək”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR