Srebrenitsada həlak olan daha 50 bosniyalı dəfn edilib

Srebrenitsada həlak olan daha 50 bosniyalı dəfn edilib
# 11 iyul 2022 20:35 (UTC +04:00)

Bosniyada hər 11 iyulda olduğu kimi ənənəvi dəfn mərasimi keçirilib.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, şəxsiyyəti müəyyən edilmiş 50 cəsəd qalığı bu gün dəfn edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr bilidir ki, şəxsiyyəti müəyyən edilən meyitlərin sayı ildən ilə azalır. Bunun başlıca səbəbi hadisənin üzərindən 30 ilə yaxın vaxt keçməsidir. Digər tərəfdən meyitlərin çoxu parçalanmış şəkildə aşkar edilir. Cinayətin izini itirmək üçün öldürülənlər hadisə yerindən uzaqda dəfn edilib.

Bosniya İtkin Şəxslər İnstitutunun məlumatına görə, hazırda 1200 nəfər itkin kimi qeydiyyatdadır.

Qeyd edək ki, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci ilin iyulunda 8500-dək bosniyalı müsəlmanı qətlə yetirib. Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qırğın hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR