Stoltenberq: “Aİ-nin müdafiə səyləri NATO ilə rəqabət aparmamalıdır”

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 19 may 2022 18:22 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) müdafiə sahəsində səylərini artırarsa, bu, NATO-nu gücləndirəcək.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Kopenhagendə Danimarka Baş nazir Mette Fredriksenlə keçirdiyi mətbuat konfransında deyib.

“Yaxşı haldır ki, Aİ müdafiə sahəsində daha çox əməkdaşlıq edir. Aİ tərəfindən çox açıq şəkildə NATO ilə müdafiə sahəsində əməkdaşlıq bəyan olunub. Aİ-nin müdafiə səyləri NATO ilə rəqabət aparmamalı, əksinə onu tamamlamalıdır. Aİ-nin müdafiə səyləri düzgün şəkildə aparılarsa, bu, NATO-ya kömək edəcək”, - Stoltenberq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR