Stoltenberq: Avropanın müdafiə potensialını gücləndirmək zəruridir

Stoltenberq: Avropanın müdafiə potensialını gücləndirmək zəruridir
# 18 yanvar 2022 20:49 (UTC +04:00)

Avropanın müdafiə potensialını gücləndirmək, o cümlədən daha rəqabətədavamlı müdafiə sənayesi qurmaq vacibdir.

APA-nın xəbərinə görə, bu açıqlama ilə “Spiegel” nəşrinin Berlində təşkil etdiyi diskussiyada NATO-nin baş katibi Yens Stoltenberq bildirib.

“Bizim Avropanın müdafiə potensialını gücləndirməyə, döyüş hazırlığı səviyyəsini yüksəltməyə, təyyarə və s. ehtiyacımız var”, - deyə Baş katib bildirib.

Stoltenberq həmçinin rəqabətədavamlı müdafiə sənayesinin də zəruri olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR