Süleyman Soylu: ABŞ-ın başsağlığını qəbul etmirik - FOTO - VİDEO

Süleyman Soylu (sağda)

© APA | Süleyman Soylu (sağda)

# 14 noyabr 2022 12:38 (UTC +04:00)

İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasaydı, bu gün Yunanıstana qaçacaqdılar.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıb.

Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

“ABŞ səfirliyinin başsağlığını qəbul etmirik”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR