Talakvadze: Azərbaycan və Gürcüstan regionda sabitliyə, inkişafa nail ola bilər

Talakvadze: Azərbaycan və Gürcüstan regionda sabitliyə, inkişafa nail ola bilər
# 20 yanvar 2023 17:20 (UTC +04:00)

Azərbaycan və Gürcüstanın əməkdaşlığı sayəsində biz həm regionda, həm də region sərhədlərindən kənarda sabitliyə və inkişafa nail ola bilərik.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, bunu Tbilisidə 20 Yanvar hadisələrinin anım günü münasibətilə keçirilən tədbirdə Gürcüstan parlamentinin vitse-spikeri, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze deyib. Hər iki ölkənin öz azadlıq mübarizəsində bənzər faciələrə məruz qaldığını bildirən Talakvadze müstəqillik illərində Azərbaycan və Gürcüstan arasında qurulmuş strateji tərəfdaşlığın daha da dərinləşdiriləcəyinə əmin olduğunu deyib.
“Bu gün burada olmaq və 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsini bir yerdə yad etmək bizim üçün bir qürurdur. Mən 34 il öncə baş vermiş 14 Aprel hadisələri zamanı həlak olanların da xatirəsinin burada yad edildiyi üçün Azərbaycan tərəfinə təşəkkür edirəm. Bariz faktdır ki, həm Azərbaycan, həm də Gürcüstan sovet dövrünün zalımlıqlarına məruz qalıb. Faktiki olaraq hər iki ölkə öz azadlıq mübarizəsində qalib gəlib və biz öz inkişaf yolumuzda indi uğurla addımlayırıq. Bizim ölkələrimiz həm regional, həm də qlobal çağırışlar qarşısında durmağa davam edirlər və məhz belə məqamlarda bizim ölkələrimiz arasındakı strateji əməkdaşlığın önəmi daha da artmaqdadır. Azərbaycan və Gürcüstanın əməkdaşlığı sayəsində biz həm regionda, həm də region sərhədlərindən kənarda sabitliyə və inkişafa nail ola bilərik. Gürcüstan regionda sülhü sevən və sülhü bərqərar edən ölkə olaraq bu istiqamətdə aparılacaq heç bir işdə öz səylərini əsirgəməyəcək. Düşünürəm ki, bu istiqamətdə daha böyük nailiyyətlərin əldə edilməsi mümkündür. Mən xüsusi vurğulamaq istəyirəm ki, Gürcüstan və Azərbaycan arasında artıq ənənəvi hal almış, möhkəmlənmiş, qardaşlığa, dostluğa və qarşılıqlı əməkdaşlığa söykənən ikitərəfli əlaqələr gələcəkdə daha da dərinləşdiriləcək. Əminəm ki, ölkələrimiz arasındakı strateji əməkdaşlıq, qonşuluq əlaqələri ölkələrimizin maraqlarından qaynaqlanır və bu daha da möhkəmlənəcək. Hər iki ölkənin hakimiyyəti bu istiqamətdə əlindən gələni edir. Azərbaycan xalqına öz həmrəyliyimizi və dəstəyimizi, şəhidlərin xatirəsinə öz hörmətimizi bildiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR