Türkiyə AEBA Direktorlar Şurasına üzv seçilib

Türkiyə AEBA Direktorlar Şurasına üzv seçilib
# 29 sentyabr 2022 18:45 (UTC +04:00)

Türkiyə 2022-2024-cü illəri üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Direktorlar Şurasına üzv seçilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, bu gün Agentliyin Vyanadakı 66-cı Baş Konfransında keçirilmiş seçkilər nəticəsində müvafiq qərar qəbul edilib və Türkiyə Danimarka ilə birlikdə bu vəzifəni icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR