Türkiyə hökumətinin yeni tərkibdə ilk iclası keçirilir

Türkiyə hökumətinin yeni tərkibdə ilk iclası keçirilir
# 06 iyun 2023 16:42 (UTC +04:00)

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçirilir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclasın ən əhəmiyyətli gündəm maddələrindən biri iqtisadiyyatda qarşıdakı dövrdə atılacaq addımlardır.

Bundan əlavə, terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi, İsveçin NATO-ya üzvlüyü kimi regional və qlobal məsələlərin də müzakirə olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR