Türkiyə ordusu 3 əsgərin şəhid olduğu bölgədə 12 terrorçunu məhv edib

Türkiyə ordusu 3 əsgərin şəhid olduğu bölgədə 12 terrorçunu məhv edib
# 09 yanvar 2022 00:06 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Akçakale sərhəd xəttində PKK terrorçularının hücumu nəticəsində 3 əsgərin şəhid olduğu bölgədə antiterror əməliyyatı aparır.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə məlumatı Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, hücumundan sonra PKK/YPG hədəfləri atəşə tutulub və ilkin məlumata görə 12 terrorçu zərərsizləşdirilib. Bölgədə terrorçulara qarşı əməliyyatlarının davam edildiyi bildirilir.

Müdafiə naziri Hulusi Akar sosial media hesabında həlak olanların ailələrinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR