Türkiyə Türkmənistan vətəndaşlarına viza tətbiq edib

Türkiyə Türkmənistan vətəndaşlarına viza tətbiq edib
# 14 sentyabr 2022 14:58 (UTC +04:00)

Türkiyə Türkmənistan vətəndaşlarının ölkəyə girişi üçün yenidən viza rejimini tətbiq etməyə başlayır.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Qeyd edək ki, bu qərar Türkmənistan tərəfinin müraciətindən sonra qəbul olunub. Əlavə olunub ki, 2007-ci ildən etibarən Türkmənistan vətəndaşları Türkiyəyə vizasız səyahət edə və ölkə ərazisində 30 gün müddətində qala bilirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR