Türkiyə XİN: Rusiya və Ukrayna arasında görüşlərə ev sahibliyi etməyə yenə hazırıq

Türkiyə XİN: Rusiya və Ukrayna arasında görüşlərə ev sahibliyi etməyə yenə hazırıq
# 28 iyul 2022 15:29 (UTC +04:00)

Türkiyə Rusiya və Ukrayna arasında baş tuta biləcək görüşlərə ev sahibliyi etməyə yenə hazırdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, iki ölkə arasında müharibə danışıqlar masasında bitəcək və bunun üçün üçüncü ölkələrin də dəstəyinə ehtiyac var.

Çavuşoğlu İstanbulda işinə başlayan taxıl daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin də tərəflərin bir-birinə qarşı etimadının artmasına yardım edəcəyini vurğulayıb.

Türkiyəli nazir əlavə edib ki, bundan sonra səyləri atəşkəsə nail olmaq üçün yönləndirmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR