Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyib

Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyib
# 21 yanvar 2023 18:16 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müqəddəs "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir.

“Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, - deyə Nazirliyin bəyanatında vurğulanıb.

Qeyd edək ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”i yandırıb. Bu zaman İsveç polisi müdaxilə etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR