Türkiyədə avtobus aşıb, ölənlər və yaralananlar var

Türkiyədə qəza

© APA | Türkiyədə qəza

# 07 noyabr 2022 11:33 (UTC +04:00)

Türkiyənin Sivas vilayətinin Gürün rayonunda sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Həmçinin qeyd olunub ki, qanunsuz köç edən miqrantları ölkədən geri qaytarma məntəqəsinə aparan avtobus Malatya-Kayseri yolunun Mazikiran ərazisinə düşən hissəsində aşıb.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub, sürücünün şəxsiyyəti və avtobusun dövlət nömrə nişanı dəqiqləşdirilməyib.

Müvafiq qurumlar hadisə yerinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR