Türkiyədə daha 171 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 171 nəfər koronavirusdan vəfat edib
# 20 dekabr 2021 00:07 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 171 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 349 193 nəfərin test edildiyi, 16 910 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 858 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 124 058 691 peyvənd tətbiq edilib ki, bunun 91,28 faizi birinci, 82,43 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR