Türkiyədə meşə yanğınları genişlənib, insanların təxliyəsi başlayıb - YENİLƏNİB

Türkiyədə meşə yanğınları genişlənib, insanların təxliyəsi başlayıb - YENİLƏNİB
# 13 iyul 2022 17:05 (UTC +04:00)

Türkiyənin Muğla əyalətinin Datça rayonunda başlayan meşə yanğını şiddətlənib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, yanğın daha geniş əraziyə yayılıb, nəticədə bir ev yanıb. Hal-hazırda yanğına yaxın olan ərazilərdən insanların təxliyəsi başlayıb.

Qeyd edək ki, yanğına 7 təyyarə, 14 helikopter və 400 nəfərlik canlı qüvvə ilə müdaxilə edilir.

***

14:54

Türkiyənin Muğla əyalətinin Datça rayonunda meşə yanğını baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, yanğının səbəbi hələ ki məlum deyil. Alov küləyin təsiri ilə qısa müddətdə ətrafa yayılıb.

Yanğın yerinə Muğla Meşə Region Müdirliyi və yanğınsöndürmə qrupları cəlb edilib, yanğını nəzarət altına almaq üçün işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR