Türkiyədə zəlzələdə ölən Gürcüstan vətəndaşlarının sayı 2-yə çatıb

Türkiyədə zəlzələdə ölən Gürcüstan vətəndaşlarının sayı 2-yə çatıb
# 06 fevral 2023 20:05 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələ nəticəsində daha bir Gürcüstan vətəndaşının həlak olduğu açıqlanıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Gürcüstanın Türkiyə Respublikasındakı səfirliyinə daha bir Gürcüstan vətəndaşının zəlzələ nəticəsində həlak olması barədə məlumat daxil olub”, - səfirliyin məlumatında qeyd olunub. Bununla da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirən Gürcüstan vətəndaşlarının sayı 2-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR