Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfər olub- YENİLƏNİB-5 - FOTO

Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfər olub- YENİLƏNİB-5  - FOTO
# 06 fevral 2023 08:50 (UTC +04:00)

Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində azı 440 nəfər xəsarət alıb.

***

08.20

Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

APA-nın xəbərinə görə, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.

***

07.51

Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.

APA-nın məlumatına görə, bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.

“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, - deyə o bildirib.

***

07.15

Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub.

Bu barədə APA Doğan agentliyinə istinadən xəbər verir.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Bundan əlavə, xilasedicilər yaxınlıqdakı evlərin sakinlərinə kömək edirlər.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.

***

06.36

Qəhrəmanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.

APA-nın Türkiyə mediasına istinadla xəbərinə görə, afterşoklar 2 saata qədər davam edib. Şanlıurfa əyalətində dağıntılar var.

Ərəbdilli media yeraltı təkanların İraq və Livanda da hiss edildiyini xəbər verir.

***

05.29

Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə NTV məlumat yayıb. Ərazidə afterşoklar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR