Türkiyəli nazir: “Enerji infrastrukturlarımıza ciddi ziyan dəyib”

Türkiyəli nazir: “Enerji infrastrukturlarımıza ciddi ziyan dəyib”
# 06 fevral 2023 13:01 (UTC +04:00)

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdən sonra bölgədəki son vəziyyəti açıqlayıb.

APA xəbər verir ki, nazir, elektrik enerjisi və təbii qaz xətlərində zədələr olduğunu bildirib:

“Enerji infrastrukturlarımıza ciddi ziyan dəyib. Həm elektrik verilişi xətlərində, həm də təbii qaz ötürücü və paylayıcı xətlərində zədələr var. Ən böyük zərərlərimizdən biri də episentrə yaxın olan Türkoğlu rayonunda təbii qaz xəttinin qopmasıdır. Bu xətt əsasən Maraş, Qaziantep, Hatay və Kilisə təbii qazı daşıyan əsas nəql xəttimizdir”.

O bildirib ki, səyyar elektrik stansiyalarını əraziyə göndəriblər:

“Çalışacağıq ki, xəstəxanalar, çörək sexləri kimi obyektlərdə təbii qaz və enerjini mobil generatorlarla təmin edək”.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR