Türkiyənin səhiyyə naziri: “Omicron variantı Avropadan sonra ölkəmizdə yayılmağa başladı”

Fəxrəddin Qoca

© APA | Fəxrəddin Qoca

# 25 dekabr 2021 21:44 (UTC +04:00)

“Koronavirusun Omicron variantı Avropadan sonra Türkiyədə yayılmağa başladı”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bu paylaşımı edib.

Nazir bildirib ki, Türkiyədə COVİD-19-a yoluxanların 10 faizində koronavisrusun omicron variantına rast gəlinir: “Bu vəziyyət koronavirusa qarşı peyvənd olunmaq üçün buster dozanı daha vacib edib. 3 ay əvvəl peyvənd olunanlar peyvəndin effektivliyini gücləndirməlidir”, deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR