Türkiyəyə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Van vilayətinin sərhəd-keçid məntəqəsində 215 kilo, 814 qram narkotik maddə və 590 tibbi dərman aşkar edilərək ələ keçirilib.