Ukrayna Baş Qərargahı Rusiya ordusunun hücuma keçdiyi yerləri açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiya ordusunun hücuma keçdiyi yerləri açıqlayıb
# 01 may 2022 09:27 (UTC +04:00)

Rusiya hərbçiləri Ukraynada Slobojanski istiqamətində İzyum - Barvenkovo ​​və İzyum - Slavyansk istiqamətlərində hücum həyata keçirdiblər.

Rusiya ordusu Limanski istiqamətində Oleksandrivka və Krımka istiqamətində hücuma keçib, Popasnyanski istiqamətində isə Novotoşkovskoye-Orexovo xəttində hücum əməliyyatlarına başlayıb və əldə etdikləri xətlərdə möhkəmlənib.

APA bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı Facebook-da məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri artilleriyanın dəstəyi ilə Yelenovka-Novomikaylovka istiqamətində Ukrayna müdafiəçilərinin müdafiəsini yarmağa çalışır.

Baş Qərargah xəbərdarlıq edib ki, Slobojanski istiqamətində Rusiyanın zərbə qrupunun gücləndirilməsi davam edir. Ora 300 ədəd hərbi texnikanın toplandığı qeyd olunur. Donetsk və Luqansk vilayətlərinin ələ keçirilən hissələrindən həmin yerə min nəfər və hərbçinin köçürüldüyü qeyd olunur.

Məlumatda deyilir:

“Donetsk və Tauride istiqamətlərində düşmən qoşunlarının qruplaşması təmas xəttinin bütün bölməsi boyunca aktiv əməliyyatlar aparır. Düşmən havadan zərbələr endirməyə və qoşunlarımızın mövqelərini artilleriyadan atəşə tutmağa çalışır...”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR