Ukrayna Baş Qərargahı: Severodonetsk uğrunda döyüşlər davam edir, Rusiya itki verir

Ukrayna Baş Qərargahı: Severodonetsk uğrunda döyüşlər davam edir, Rusiya itki verir
# 08 iyun 2022 21:17 (UTC +04:00)

Rusiya qüvvələri artilleriyadan Baxmut istiqamətində Kamışevax, Vrubovka, Nikolaevka, Semiqorye və Nyu-York yaşayış məntəqələrinin ərazilərini atəşə tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna aviasiyası Novaya Kamenka, Pokrovski və Klinovoye yaxınlığında Rusiya təyyarəsini vurub.

Bu arada, Donetsk vilayətinin Berestovye yaxınlığındakı hücum zamanı Rusiya qüvvələri xeyli itki verib. Döyüşlər davam edir.

Ruslar Severodonetski də atəşə tutmaqda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR