Ukrayna BQ: Rusiya daha 130 hərbçisini itirib

Ukrayna BQ: Rusiya daha 130 hərbçisini itirib
# 22 iyun 2022 11:17 (UTC +04:00)

Rusiya son sutkada Ukraynada daha 130 hərbçisini itirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının "Facebook" səhifəsindəki paylaşımında bildirilib.

Bununla da fevralın 24-dən bu gün səhər saatlarınadək Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı 34 230-a çatıb.

Əlavə olunub ki, ötən dövr ərzində Rusiya Ordusunun 1496 tankı, 3614 zirehli döyüş maşını, 752 artilleriya sistemi, 239 reaktiv yaylım atəşi sistemi, 99 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 182 helikopteri, 2543 avtomobil texnikası və yanacaq çəni, 14 gəmi/kateri, 614 dronu, 60 xüsusi avadanlığı, 137 qanadlı raketi məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR