Ukrayna MN: Rusiya 26 mindən çox hərbçisini itirib

Ukrayna MN: Rusiya 26 mindən çox hərbçisini itirib
# 10 may 2022 10:42 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 170 tankı, 2808 zirehli döyüş maşını, 519 artilleriya sistemi, 185 reaktiv yaylım atəşi sistemi, 87 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 158 helikopteri, 1980 avtomobil texnikası və yanacaq çəni, 12 gəmi/kateri, 380 dronu, 41 xüsusi avadanlığı, 94 qanadlı raketi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 26000-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR